Plenar iclaslar 31 May 2021, 15:37 | Baxış sayı: 287
"Aidiyyəti nazirliklər subsidiya verilən zaman torpaqların analizini tələb edir. Bu, subsidiyanın qalan hissəsini kəndliyə verməmək üçün bəhanədirmi?"

“Biz regionların yerlərin büdcəyə töhfəsini artırmaq üçün iqtisadi fəallığı artırmalıyıq”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, qanunla qadağan olunmayan bütün sahələrin yerlərdə inkişafına şərait yaradılmalıdır: “Neft dövrü artıq başa çatıb. İnsanların xeyli hissəsi kənd təsərrüfatı ilə bağlı verilən subsidiyaları ala bilmir. Aidiyyəti nazirliklər subsidiya verilən zaman torpaqların analizini tələb edir. Bu, subsidiyanın qalan hissəsini kəndliyə verməmək üçün bəhanədirmi? Bu, səriştəsizlikdir, ya Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ruh yüksəkliyini aşağı salmaq üçün tələdir? Bundan başqa, yerlərdə turizmlə bağlı problemlər var. Oğuzla Şəki arasında yolu dağıdıblar, 1 il keçib, o vəziyyətdədir. Turizm mövsümünün başlamasına baxmayaraq, hələ tunelin sonunda işıq görünmür. Bir müddətdən sonra deyəcəklər ki, ayrılan vəsait kifayət etmir, yenə məsələ qalacaq Maliyyə Nazirliyinin üzərində. Büdcə müzakirəsi zamanı bu qurumlar da burada iştirak etməlidir, öz məsuliyyətlərini dərk etməlidir”.

Xəbərlər