Cəmiyyət 17 Oktyabr 2022, 15:45 | Baxış sayı: 529
"Aİ-92-yə hansısa qatqılar əlavə edib keyfiyyətini artırmaq yalan söhbətdir"

“Əslində, Aİ-92 və Aİ-95 markalı benzinlər oktan ədədinə görə deyil, tərkiblərinə və təyinatına görə bir-birindən fərqlənirlər. Bütün bunlar avtomobilin mühərrikindən asılıdır: yüksək sıxılma dərəcəsi tələb edən müasir avtomobil mühərriklərində istehsalçı zavod 95 markalı benzindən istifadəni mütləq sayır”.

 

Bu sözləri Pravda.az-ın sorğusuna cavab olaraq Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü İltizam Yusifov deyib.

 

Deputat bildirib ki, Aİ-92 və Aİ-95 markalı benzinlərin tərkibi də fərqlidir: “Aİ-95 markalı benzin qurğuşunsuz benzin kateqoriyasına aiddir. Qurğuşunun olması həm avtomobil mühərrikinin tez sıradan çıxması, həm də ekoloji-dəm qazları tullantıları baxımından çox əhəmiyyətlidir. Aİ-92 markalı benzin onsuz da qatqı ilə alınan benzindir, hansısa qatqı əlavə edib Aİ-95 almaq olmaz. Bu, mümkün deyil”.

 

İ.Yusifov qeyd edib ki, Aİ-95 yüksək oktanlı benzindir: “Avropa ölkələrində Aİ-92 istehsal və istehlak edilmir. Bu benzindən müasir avtomobillərin çoxu istifadə edə bilmir (mühərrikin sıxılma dərəcəsinə görə), Aİ-95 premium markalı benzinlə işləyir. Ən müasir avtomobillər Aİ-92-ni, ümumiyyətlə, işlətmir. Buna görə də, Aİ-92-yə hansısa qatqılar əlavə edib keyfiyyətini artırmaq yalan söhbətdir”, - deputat bildirib.

Xəbərlər