Siyasət 12 Sentyabr 2023, 17:27 | Baxış sayı: 177
"Ağdam–Xankəndi yolunun açılması Prezident İlham Əliyevin növbəti qələbəsidir"

Azərbaycan Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolu 30 ildən sonra işə düşdü. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti qələbəsidir. Çünki Ağdam-Xankəndi yolunun siyasi iradə hesabına açılması güc yolu ilə işə düşməsindən dəfələrlə çətin məsələdir.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Kamal Cəfərov bildirib.

Kamal Cəfərov deyib ki, hazırda Ermənistan rəhbərliyi və Qarabağda yaşayan ermənilər bir daha əmin oldu ki, istənilən böyük dövlətin və ya beynəlxalq təşkilatının israrı Azərbaycan Prezidentinin iradəsinə təsir edə bilməz: “Bu iradə isə ilk gündən istənilən ehtiyacın Azərbaycan tərəfi ilə razılaşdırmaqla və məhz Azərbaycanın ərazisindən keçməklə Qarabağa çatdırılmasını tələb edir. Bu tələb isə Azərbaycanın daxili işi və suveren haqqı kimi prinsipial məsələdir. Ancaq Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam vasitəsilə Xankəndinə çatdırılmasına Azərbaycanın dəstək verməsini ermənilər düzgün qiymətləndirməlidir. Onlar anlamalıdır ki, bu imkan Qarabağda yaşayan ermənilərin cəmiyyətimizə reinteqrasiya prosesinə töhfə verən məsələdir. Digər tərəfdən, bu xoş niyyət Bu Ağdam –Xankəndi və Laçın – Xankəndi yolunun birgə açılması ilə bağlı tələblə qarışdırılmamalıdır. Çünki Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam vasitəsilə Xankəndinə çatdırılması individual razılaşmadır. İstənilən halda Laçın keçid-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd rejiminə əməl olunmalıdır”.

APA

Xəbərlər