Plenar iclaslar 23 Fevral 2024, 15:56 | Baxış sayı: 51
"Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin"

Dünən “Qarabağ” futbol klubunun qələbəsi bizi sevindirdi.

Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

 

Deputat təklif edib ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin: “Ağdamda tikiləcək stadiona bizə bu sevinci yaşadan klubun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif edirəm. Dünya təcrübəsində də bu kimi halla müşahidə etmişik. Məsələn, Şenol Güneş adına bu addım atılıb. Qurban Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addımı ata bilərik”.

apa

Xəbərlər