Siyasət 23 Oktyabr 2023, 15:51 | Baxış sayı: 241
“Bakının yükünü azaltmaq üçün paytaxtın köçülməsi olduqca vacibdir”

Respublikanın paytaxtının dəyişdirilməsi barədə müzakirələr davam edir. 

Deputat Fazil Mustafa Axar.az-a açıqlamasında deyib ki, Bakının yükünü azaltmaq üçün paytaxtın köçülməsi olduqca vacibdir. O bildirib ki, Bakının məhdud ərazisində və natamam infrastruktur şəraitində çox sayda əhalinin hərəkətini, iş prosesinin canlı saxlanmasını təmin etmək çətindir:

“Tıxac iqtisadi cəhətdən ölkəyə çox böyük zərbə vurur. Həmçinin, təhsil, əmək fəaliyyəti ilə bağlı böyük problemlər yaradır. İş həyatını və iqtisadiyyatı da ciddi şəkildə öz təsiri altında saxlayır”.   

O əlavə edib ki, Göyçay-İsmayıllı bölgəsi paytaxt seçimi üçün daha məqsədəuyğundur.

Deputat Vahid Əhmədov isə qeyd edib ki, Kənd Təsərrüfati Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və sənaye ilə əlaqəli qurumlar regionlara köçürülə bilər:

“Ağdamda hərbi sənaye müəssisələrinin təşkili ilə bağlı təklif də irəli sürmüşdüm. Xankəndi şəhərinin bir az daha uzaq olduğunu nəzərə alsaq, müəssisələr Ağdama köçürülə bilər. Ağdamın planına əsasən, müəyyən yerli idarə orqanları və nazirliklərin şəhərdə olması nəzərdə tutulub”.

Xəbərlər