“ABŞ səfirliyinin feministlərlə bağlı addımı çox doğru idi”
"ABŞ-ın Azərbaycandakı səfirliyinin Bakıda keçirdiyi rəsmi tədbirdə Azərbaycan xanımlarının o cür hərəkət etmələri etik deyildi. Bu, dövlət tədbiridir və bir dövlətin tədbirində bu cür addımlar qəbul edilməzdir. Çox doğru olaraq səfirlik bu xanımları oradan uzaqlaşdırdı".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat hesab edir ki, ABŞ səfirliyinin feministlərlə bağlı bu addımı çox doğru idi:
"Maraqlısı odur ki, həmin tədbirdə bəzi radikal müxalifət liderləri də iştirak edirdilər. Lakin orada olan müxalifətçilər və digərləri feministlərə qarşı edilən hərəkətlərə heç bir reaksiya vermədi və günlərdir ki, susqunluqlarını müşahidə edirik.
Əlbəttə ki, əgər bunu Azərbaycan polisi etsəydi, birmənalı olar həmin radikal müxalifət bundan şou yaradacqdı və Azərbaycan polisini insan hüquqlarını pozmaqda günahlandıracaqdı. Amma bu gün bunu ABŞ səfirliyi edir, ona görə də buna heç bir reaksiya vermirlər. Çünki radikal müxalifət xarici dövlətlərə bağlıdır".