Siyasət 10 Mart 2023, 13:25 | Baxış sayı: 99
“44 günlük Vətən müharibəsindəki qələbəmiz İranın bütün iç üzünü açdı"

"44 günlük Vətən müharibəsindəki qələbəmiz və qələbədən sonrakı yaranmış yeni geosiyasi vəziyyət İranın bütün iç üzünü açıb göstərdi".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. 

Deputat bildirib ki, İran artıq öz maskasının yırtıldığını dünyaya açıq şəkildə göstərdi:

"Azərbaycan sərhəddində hərbi təlimlərin keçirilməsi, hədə-qorxuların gəlinməsi, daha sonra isə Səfirliyimizdə törədilən terror hadisəsi bütün bunların pik nöqtəsi oldu. Azərbaycan müvəqqəti olaraq Səfirliyinin əməkdaşlarını geri çağırmalı oldu və hazırda İrandakı Səfirliyimiz fəalliyyət göstərmir. Bundan başqa, İran Ermənistanı özünün "qırmızı xətt" elan etməsiylə açıq-aşkar göstərdi ki, Azərbaycana açıq düşmənçilik mövqeyindədir. Ona görə də, indiki vəziyyətdə İrana hər hansı bir səfərlər məqsədəuyğun sayılmır, hətta deyərdim ki, təhlükəlidir. Çünki biz onların hazırda Azərbaycana olan xain mövqeyini, münasibətini görürük. Bu münasibətlərin fonunda hələlik vətəndaşlarımız maksimum çalışmalıdırlar ki, İrana səfər etməsinlər. Bildiyimiz kimi, ötən gün bir vətəndaşımız İrana səfər etmiş və hələ də ondan bir xəbər yoxdur. Buna görə də, İrana səfər vətəndaşlarımız üçün təhlükəlidir. Ümumiyyətlə, biz gələcəkdə siyasi və digər gedişlərə baxmalıyıq. Hazırki vəziyyətdə biz İranla olan münasibətlərimizin Tehran rejimi tərəfindən düzəlməsini və İranda istintaqın düzgün aparılmasını gözləyirik. Ən əsası isə Azərbaycana olan münasibətlərin dəyişməsini gözləyirik".

Xəbərlər