“3-4 günə tikişlərim söküləcək"
Ümumi
18 Aprel 2023, 13:26 | Baxış sayı:
175
"Hazırda vəziyyətim normaldır və özümü yaxşı hiss edirəm. Təxminən 3-4 gündən sonra tikişlərim də söküləcək".
Pravda.az xəbər verir ki, bunu terror hücumu nəticəsində güllələnərək yaralanmış Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Millət vəkili səhhətinin hələ işə çıxmağa imkan vermədiyini vurğulayıb:
"Ən azı bir aydan sonra işə çıxacam. Müalicəm hələ də davam edir. Belə şəraitdə işə çıxmağım mümkün deyil. Ancaq əvvəlkindən indi xeyli yaxşıyam. Təbii ki, güllə yarasıdır və tədricən sağalmalıdır. Tikişlərim söküldükdən sonra isə digər müalicələrə başlayacağam"./Demokrat.az