KOMİTƏ İCLASLARI 7 İyun 2023, 15:41 | Baxış sayı: 99
"2023-ci ildə əməkhaqları sadəcə 10% həcmində artırılacaq"

Hamıya məlumdur ki, Azərbaycanda inflyasiya monetar səbəblərdən deyil.

Demokrat.az 
xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.

“2023-ci ildə əməkhaqları sadəcə 10% həcmində artırılacaq. Bu, o deməkdir ki, əhalinin real əməkhaqlarının artırılması istiqamətində heç bir addım atılmayacaq. Eyni zamanda əməkhaqlarının artırılması inflyasiyanın kompensasiya olunması demək deyil. Mərkəzi Bank tərəfindən qeyd edilən illik inflyasiya 8,3 % olaraq qeyd olunur. Ötən dəfə də qeyd etdiyim kimi bu, özünü doğrultmayacaq. Eyni zamanda Mərkəzi Bankın dəyişiklik etmədən bunu belə qeyd etməsinin xeyrindən çox ziyanını görəcəyik. Ona görə də yenidən proqnozlara baxmaq lazımdır ki, gələcəkdə ciddi problemlərlə qarşılaşmayacaq. Proqnozlaşdırma düzgün təhlil olunmalıdır”,-deyə deputat bildirib. (Modern.az)

Xəbərlər