Plenar iclaslar 16 Noyabr 2021, 16:37 | Baxış sayı: 264
“2022-ci ilin büdcəsi böyük sosial paket həyata keçirmək üçün gözəl şans yaradır”.

“2022-ci ilin büdcəsi böyük sosial paket həyata keçirmək üçün gözəl şans yaradır”.

APA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, əməkhaqqıların, sosial müavinətlərin, təqaüdlərin artırılması üçün addımlar atılacaq: “Nəticədə əməkhaqqıları 8%-dən çox artacaq. Büdcədə də inflyasiyanın 4 % olması nəzərdə tutulub. Bu dəfə büdcə proqnozlarından çıxış edərək, artıq əhalinin real gəlirlərinin aşağı düşməsi yox, artmasından söhbət gedir.

Xəbərlər