Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 19:00 | Baxış sayı: 281
2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.

2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir.
Qeyd edək ki, 2021-ci ildə yaşayış minimumu 196 manat olub.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbərlər