Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 18:54 | Baxış sayı: 286
2022-ci ildə ehtiyac meyarının həddi 200 məbləğində müəyyən edilir.

2022-ci ildə ehtiyac meyarının həddi 200 məbləğində müəyyən edilir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir.
Ötən il ehtiyac meyarının həddi 170 manat olub.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Xəbərlər