KOMİTƏ İCLASLARI 15 Fevral 2023, 16:25 | Baxış sayı: 173
"1600-dən çox bələdiyyənin bir uşaq bağçası belə yoxdur"

Bələdiyyələrdən 2-3-ü birləşib uşaq bağçası aça bilər. Bu gün bağçalara böyük ehtiyac var.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deputat Tahir Rzayev bildirib.

“Özəl bağçaların fəaliyyətinə nə qədər vəsait xərclənir? Azərbaycanda fəaliyyət göstərən 1600-dən çox bələdiyyənin bir bağçası belə yoxdur. Ədliyyə Nazirliyi müəyyən tədbirlər həyata keçirir. Amma təəssüf ki, bunlar elə kağız üzərində də qalır. Bələdiyyələrə imkanlar yaradılıb”, - deyə deputat əlavə edib.

Xəbərlər