Cəmiyyət 4 İyul 2023, 16:35 | Baxış sayı: 161
"Zəlzələ dezinformasiyanın yayılmasına səbəb oldu"

"Gecə zəlzələni hiss etmədim. Görünür ki, zəlzələ o qədər zəif olub ki, onu hiss etməmişəm".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 

Onun sözlərinə görə, gecə baş verən zəlzələ dezinformasiyanın da yayılmasına səbəb oldu:

"Bu prosesdə mənim diqqətindən yayınmayan bir şey oldu ki, möhkəm dezinformasiya prosesi getdi. Mənim vatsapıma da belə bir informasiya daxil olub ki, 02:21,04:20 və 06:21 də hər iki saatdan bir 6 bal səviyyəsində zəlzələnin olacağı gözlənilir. 

İnsanlar küçələrə tökülüşdülər. Sonra isə gördük ki, bunlar hamısı yalandır. Bundan sonra da Seysmoloji Mərkəzdən xəbər yayıldı ki, bu, yalandır. 

Ağıla bir sual gəldi ki, gecə saatlarında zəlzələnin baş verəcəyini deyənlər bəs niyə 00:01 də baş verən zəlzələnin əvvəlcədən deməmisdilər. Sadəcə dezinformasiya yaymaq üçün münbit şərait yaranıb. Bundan istifadə etməyə çalışdılar. İnsanlarda da günah yoxdur, çünki qardaş Türkiyədə baş verən zəlzələdən sonra insanların belə reaksiyasını qınamaq düzgün deyil".

Xəbərlər