Plenar iclaslar, Qanun Layihələri 31 May 2022, 13:01 | Baxış sayı: 207
"Zaqatala Hava Limanının bağbanı var, kafesi var amma təyyarəsi yoxdur".

“Əvvəllər hökumətin üzvləri deputatlarla büdcə müzakirələrinə o qədər də açıq deyildilər, artıq vəziyyət dəyişib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elşən Musayev deyib.

Deputat Zaqatala Hava Limanı ilə bağlı olan problemə də toxunub: “Zaqatala Hava Limanının bağbanı var, kafesi var, hətta bəlkə pilotu da var, amma təyyarəsi yoxdur. Bu problemin həll olunması üçün hökumətə müraciət edirəm”.

Xəbərlər