KOMİTƏ İCLASLARI 11 Noyabr 2021, 13:19 | Baxış sayı: 121
"Yeni qanun layihəsi parlamentdə hazırlanıb, ancaq niyə indiyə qədər qəbul olunmur?”

““Hərbi qulluqçuların statusu haqqında” qanun 1991-ci ildə qəbul edilib. Yeni qanun layihəsi parlamentdə hazırlanıb, ancaq niyə indiyə qədər qəbul olunmur?”

Bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, yeni qanunda hərbi qulluqçular üçün bir çox təminatlar, güzəştlər nəzərdə tutulub: “Həmin qanunun qəbul edilməsini zəruri sayıram”.

Xəbərlər