Sosial 19 Sentyabr 2022, 12:54 | Baxış sayı: 144
“Yaxşı olar ki, uşaqpulu bərpa edilsin”

""Uşaqpulu"nun verilməsi cəmiyyətdə çox müzakirə olunan mövzulardandır. Dövlət "uşaqpulu"nun əvəzində ünvanlı sosial yardım proqramları icra edərək sosial müdafiəyə ehtiyacı olan ailələrə daha ünvanlı şəkildə dəstək göstərir. Bu proqramın tətbiqinin müsbət nəticələri olsa da, bütün sferanı əhatə etmir. Ona görə də, düşünürəm ki, əhalinin sosial müdafiəsinə yönəlmiş sosial proqramlar dayandırılaraq yenidən uşaqpulunun verilməsi həyata keçirilərsə, daha yaxşı olardı".


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.


Deputat bildirib ki, bu məsələnin həll olunmasının mümkünlüyü və nə qədər vəsait tələb olunacağı ilə bağlı hökumət hesablama aparmalıdır: "Məsələnin yaradacağı maliyyə yükünü reallaşdırmağa dövlət büdcəsinin imkan verib-vermədiyi təhlil olunmalıdır. Hesab edirəm ki, "uşaqpulu"nun bərpası uşaqların sosial müdafiəsini daha yaxşı təmin edər".

Xəbərlər