Ümumi, Cəmiyyət 14 İyul 2021, 14:54 | Baxış sayı: 395
"Yaxın gələcəkdə biz bir neçə media qurumunun silinib, yox olduğunu görsək, heç də bundan təəccüblənməyəcəyik".

"Azərbaycan cəmiyyəti və mediası özü-özünü təmizləməlidir. Heç də bütün media strukturları və qurumları sağlam təfəkkürlə fəaliyyət göstərmir. Bəziləri reketliklə məşğuldur, bəziləri kimlərisə şantaj etməklə məşğuldur. Bunların şahidi oluruq, amma bunu hamıya aid etmək olmaz. Ona görə də dəryada damla kimi olan belə zərərli ünsürləri elə media özü zamanla süzgəcdən keçirəcək və təmizləyəcək. Yaxın gələcəkdə biz bir neçə media qurumunun silinib, yox olduğunu görsək, heç də bundan təəccüblənməyəcəyik".

Bu sözləri AZXEBER.COM-un "Onun 10 cavabı" rubrikasında qonaq olan millət vəkili Ramil Həsən deyib.

O Azərbaycan mediasının durumu haqda danışıb: "Azərbaycan mediası bir tərəfdən inkişaf edir və bu çox önəmli nüansdır. Həm rəqəmsal medianın, həm internet resursları üzərində işləyən medianın, həm də çap mediasının prosesinə baxsaq, bir çoxunda irəliləyiş var, bəzilərində isə geriyə addımlar var. Çap mediasına maraq azalır. Amma eyni zamanda Medianın İnkişafı Agentliyinin həyata keçirmiş olduğu uğurlu layihələri də qeyd etmək lazımdır. Bu, sağlam media təfəkkürünün formalaşdırılmasına kömək edir".

Xəbərlər