İqtisadiyyat 19 İyun 2023, 15:17 | Baxış sayı: 85
“Yaşayış binalarının tikintisinin genişləndirilməsi ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir”

“Ölkəmizdə tikinti sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində inşaat işləri geniş vüsət alıb. Yaşayış binalarının tikintisinin genişləndirilməsi ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir”.

 

Bunu deputat Naqif Həmzəyev bildirib.

 

“Tikinti sektoru ölkənin sosial və iqtisadi vəziyyətinə, ətraf mühitinə təsir edən əsas sahələrdəndir. Ölkəmizin tikinti sektorunda son illər ərzində müşahidə olunan canlanma və tikinti-quruculuq işlərinin dinamik inkişafı əhalinin rifahının yüksəlməsinin bariz nümunəsidir. Mən bu barədə Prezidentin  cənab İlham Əliyevin 2019-cu ildə  “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 529 nömrəli Fərmanını misal göstərə bilərəm. Fərmanda nəzərdə tutulub ki,  mənzillərin ümumi sahəsi 8,5 milyon m2 olan 85 minədək mənzildən ibarət 408 yaşayış binasının dayanıqlılıq və möhkəmlik baxımından istismara yararlığı, həmçinin istismara hazırlığı müəyyən  edilmiş və istismarına icazə verilib. Bu sahəni daha da təkmilləşdirmək üçün  Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər  haqqında”  14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərman imzalanıb. Fərmana görə qeyri yaşayış binalarının təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə sahibkarlıq subyektlərinin əmlakları üzərində mülkiyyət hüquqlarının tanınması prosesinin təşkil ediləcək. Sözü gedən Fərmanda 2023-cü il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan  qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur. Ölkə Prezidentinin sonuncu fərmanı tikinti sektorunda həm vətəndaş məmnunluğunu, həm də sahibkar və bu sahədə olan rəsmi qrumlar arasındakı münasibətlərin tənzimlənməsini təmin edəcək”, - deputat qeyd edib.

Mənbə: pravda.az

Xəbərlər