Cəmiyyət 14 İyun 2023, 17:40 | Baxış sayı: 91
“Yalnız bu halda süni mayalanma ilə razıyam…”

“Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun parlamentin iclasında “Reproduktiv sağlamlıq haqqında” qanundan danışarkən səsləndirdiyi “süni mayalanma ilə uşaq dünyaya gətirməzlər” fikirləri ilə, hardasa, razıyam. Həqiqtən, Siyavuş müəllimin dediklərində haqq var. Biz azərbaycanlıyıq, türkük, müsəlmanıq. Yalnız bu halda süni mayalanma ilə razıyam ki, donor qadının öz həyat yoldaşı olsun, başqa adam yox. Əlbəttə ki, donorun başqa adam olmasının əleyhinəyəm. Bundansa, donor kimi uşağın öz valideynləri olsun, onda süni mayalanmanı qəbul etmək olar. Şəxsən bu fikrimi hər zaman müdafiə edəcəyəm”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

 

“Nəzərinizə çatdırım ki, artıq “Reproduktiv sağlamlıq haqqında” qanun əvvəlki qaydada deyil. Əvvəl çox etirazlar oldu, qaytarıldı. Yeni qanun layihəsi ilə bağlı artıq hazırlıq gedir. Mümkündür ki, yaxın zamanda Milli Məclisə təqdim olunsun”, - deputat bildirib.

Xəbərlər