Plenar iclaslar 15 Mart 2022, 17:53 | Baxış sayı: 220
Xaricdən pulların göndərilməsində də Rusiyada olan problemlər səbəbindən axsamalar olacaq.

“2021-ci ildə muzdla çalışan işçilərin sayının 2020-ci ilə nisbətən artdığı hesabatda qeyd edilib, 20 min yeni iş yerinin açıldığı bildirilib”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu rəqəm çox azdır: “Bu, bizi qane edə bilməz. Başqa diqqətçəkən məqam isə odur ki, ərzaq məhsullarının inflyasiyası 8%-dən çoxdur. Xaricdən pulların göndərilməsində də Rusiyada olan problemlər səbəbindən axsamalar olacaq. Bu isə əhalinin müəyyən sosial problemlərlə üzləşməsinə səbəb ola bilər”.

Q. Həsənquliyev 2021-ci ildə respublikanın sənaye sektoruna 7 milyarddan çox, qeyri-neft sektoruna isə 1 milyarddan çox vəsait qoyulduğunu xatırladıb, bunu çox kiçik rəqəm adlandırıb.

Xəbərlər