Plenar iclaslar 23 Fevral 2024, 16:00 | Baxış sayı: 131
"Minimum əmək haqqı 345 manat olan ölkədə birdən-birə cəriməni 40 manatdan 200 manata qaldırmaq nə dərəcədə düzgündür?!"

Azərbaycanda minimal əmək haqqı 345 manat, cərimə isə 200 manatdır . Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. 

 

"Minimum əmək haqqı 345 manat olan ölkədə birdən-birə cəriməni 40 manatdan 200 manata qaldırmaq nə dərəcədə düzgündür?! Burada təhsil aspekti haradadır? Cərimələri bu qədər qaldıra bilməzsən. Əgər insan etdiyi əməldən peşman deyilsə və daim qanunu pozursa, onun üçün cinayət məsuliyyəti yaradaq. Cərimələri bu qədər artırmaq düzgün deyil”, - Həsənquliyev vurğulayıb. 

anews.az

Xəbərlər