Plenar iclaslar 5 Dekabr 2023, 15:20 | Baxış sayı: 70
"Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adı verilsin"

"Xankəndinin mərkəzindəki meydana Zəfər meydanı adı verilsin".

Bu təkliflə Milli Məclisin deputatı Fəzail Ağamalı dekabrın 5-də keçirilən parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsində çıxış edib.

Deputat bildirib ki, həmin meydanda işğalda olan ərazilərimizin azad olunmasında əvəzsiz xidməti olan Silahlı Qüvvələrimizin qəhrəmanlarının monumenti yerləşdirilsin.

report.az

Xəbərlər