Siyasət 14 Dekabr 2022, 16:45 | Baxış sayı: 196
“Xankəndinə qazın verilməsini tamamilə dayandırmaqla məsələnin həll olunmasının tərəfdarı deyiləm”

“Məsələnin Xankəndinə qazın verilməsini tamamilə dayandırmaqla həll olunmasının tərəfdarı deyiləm. Bu gün Qarabağda yaşayan sadə ermənilər – Azərbaycan vətəndaşları azərbaycanlılarla inteqrasiya olunmağa razıdırlar. Son vaxtlar gələn mesajlar da sübut edir ki, Azərbaycan qanunları ilə yaşamağa hazırdırlar. Sadəcə, onlar da Qarabağdakı separatçıların əlində girova çevriliblər. Vaxt gələcək, hətta yaxın vaxtlarda Vardanyan Qarabağı tərk edib, vətəndaşı olduğu ölkəyə qaçıb gedəcək. Arutyunyan da Azərbaycana qarşı törətdiyi bütün cinayətlərə görə gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcək…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

“Prezident İlham Əliyev hər zaman qeyd edir ki, Qarabağda yaşayan, cinayət törətməyən sadə ermənilər Azərbaycan vətəndaşıdırlar. Onların bütün təhlükəsizlikləri Azərbaycan qanunları ilə qorunur. Azərbaycanın digər vətəndaşları kimi konstitusion hüquqlara malikdirlər. Separatçılar isə qanun qarşısında cavab verəcəklər, məsuliyyətə cəlb olunacaqlar”, - K.Əliyeva bildirib.

Xəbərlər