"Xankəndidə küçələrin adı dəyişməlidir, o küçələrə Mikoyanın, Şaumyanın və digər itin-qurdun adını verən deyilik ki..."
“Xankəndidə qanunsuz erməni silahlı birləşmələrindən təmizlənmiş küçənin adının dəyişdirilərək “Ənvər Paşa” adlandırılması barədə məndə də heç bir rəsmi məlumat yoxdur. Yəqin, bu, vətəndaşlarımızın arzusudur. Bir vətəndaş, məcburi köçkün kimi mən də arzularımı ifadə edirəm ki, bəli, bu cür olması məqsədəyğundur, belə olsa, yaxşıdır...”
Bu sözləri açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov deyib.
Deputat vurğulayıb ki, Xankəndidə küçələrin adı dəyişməlidir: “O küçələrə Mikoyanın, Stepan Şaumyanın və digər cinayətkar itin-qurdun adını verən deyilik ki. Əlbəttə, küçələrə Türk Dünyasının, Azərbaycanımızın görkəmli şəxsiyyətlərinin adı veriləcək. O torpaqların azad olunmasında canını qurban vermiş qəhrəman igid əsgərlərimizin, şəhidlərimizin adı veriləcək. Bəli, bununla qürur duymaq lazımdır, onların haqqıdır...”
pravda.az