Siyasət 21 Fevral 2024, 16:52 | Baxış sayı: 181
"Kamil Zeynallının saxlanılmasında Ermənistan məsələsi ortaya çıxsa, artıq iş dövlət səviyyəsində həll olunmalıdır"

“Kamil Zeynallının Rusiyada saxlanılması barədə məlumatı oxudum. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da məlumat verib ki, məsələ səfirliyin nəzarətindədir. Hətta qeyd edib ki, konsulu bununla məşğul olmaq üçün göndəriblər. Əgər bu hadisədə Ermənistan məsələsi ortaya çıxsa, artıq iş dövlət səviyyəsində həll olunmalıdır”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin üzvü Elman Məmmədov deyib.

 

“Azərbaycan dövləti hansısa düşmən dövlətin sifarişi ilə baş verən hadisəyə biganə qalmayacaq. Öz vətəndaşımızın müdafiəsi üçün ən yüksək səviyyədə lazımi tədbirlər görəcək”, - deputat bildirib.

pravda.az

Xəbərlər