Siyasət 17 Oktyabr 2023, 16:34 | Baxış sayı: 200
"Xankəndidə də bayrağımız ucaldıldı, belə olan zaman partiyamın və özümün müxalifətçiliyinə nə ehtiyac var?"

“18 Oktyabr -Müstəqilliyin Bərpası Günü münasibətilə xalqımızı təbrik edirəm. Dövlətimizin müstəqilliyi, Qarabağ uğrunda mücadilə edən, fədakarlıq göstərən şəhidlərimizin ruhu qarşısında, qazilərimizin, əsgər və zabitlərimizin, fədakarlığı qarşısında baş əyirəm. Fəxr edirəm ki, 18 oktyabrda müstəqilliyə səs verənlər sırasında olmuşam. Son dövrlər məni bir şey çox düşündürür. Biz Qarabağda Ali Baş Komandanın cəsarəti və iradəsi, Ordumuzun, Silahlı Qüvvələrimizin gücü, xalqımızın birliyi və dayağı ilə böyük bir qələbə qazandıq, Şuşada, Xocalıda, Füzulidə, Xankəndidə bayrağımızı ucaltdıq. Bəs belə olan zaman mənim partiyamın və özümün müxalifətçiliyinə nə ehtiyac var? 50 milyonluq xalqın, bütün İslam, Türk Dünyasının başını ucaldan bir şəxsin qarşısında mənim müxalifətçiliyimin haqqı varmı? Bu məsələlər məni çox düşündürür. Əlbəttə, deyilir ki, ruslar da Qarabağdan getmir, demokratiya və sair... Demokratiya bir prosesdir, Müstəqillik Günü deyil ki, onu o cür qeyd edək. Əgər böyük problemlərimizi, Qarabağ məsələmizi, suverenliyimizi təmin etmişiksə, demokratiya, insan hüquqları, rifahın daha da yaxşılaşdırılması uğrunda cənab Prezidentin yanında olmalıyıq, nəinki qarşısında...” 

 

Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

 

“Əvvəla, çaxır nə qədər tünd olsa, öz dibini yandırar. Biz nə üçün antiqonist ziddiyyətlər, qarşıdurma, nifrət, aqressiya üzərində köklənməliyik? Nə üçün bir-birimizə ağıllı məsləhətlər verməyək və dediyim istiqamətdə irəliləməyək? Bu yaxınlarda bir nəfər ziyalımız müraciət etdi. Dedi, “müəllim ağ kağızın üzərində nöqtə qoyur, şagirdlərə göstərir ki, burada nə görürsünüz? Hamı deyir ki, qara nöqtə. Müəllim isə deyir ki, necə olur, bu qədər böyük kağızı əlimdə görmürsünüz, ancaq qaranı görürsünüz?” Müxalifət, bu nə haqq-hesabdır sizdə? 210 il ərzində qazandığımız bu qələbələrin yanında ancaq qara nöqtələri axtarmaq lazımdır? Nə qədər gec deyil, sizi bir yerdə olmağa, sevgiyə çağırıram. Gəlin bağrımıza basaq! İqtidarın da içində aqressiv çıxış edən var. Bu yaxınlarda bir məmur dedi ki, guya biz 30-50 yaş pensiya yaşı tələb edirik. Belələri də var, amma müxalifət, sənin aqressiyan nifrət üzərində qurulub. Olmaz! Gəlin, xalqımızı sevək...”, - deputat deyib. 

pravda.az

Xəbərlər