Plenar iclaslar 11 Aprel 2023, 14:41 | Baxış sayı: 149
“Xalqın gözü tərəzidir. Xalq yaxşı bilir ki, kim yaxşı, kim pis müxalifətdir”.

“Müxalifətlə bağlı çıxışlar olur. Amma bildirim ki, müxalifət deyiləndə sərhəd qoyulmalıdır. Mən də müxalifətəm, burada oturmuşam”.

Demokrat.az
 xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

“Bir qrupa şəxsə görə, bütün müxalifəti günahlandırmaq olmaz. Sosial şəbəkələrdə Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə kimi insanlar barədə yanlış məlumatlar yer alır, bunlar düzgün deyil”.


Milli Məclisin sədri Sahibə Qafarova isə deputat cavab olaraq bildirib ki, xalq hər şeyi görür: “Xalqın gözü tərəzidir. Xalq yaxşı bilir ki, kim yaxşı, kim pis müxalifətdir”.

Qeyd edək ki, deputat Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən iclasında müxalifətlə bağlı tənqidi fikirlər səsləndirib.

Xəbərlər