Siyasət 28 Dekabr 2023, 17:19 | Baxış sayı: 213
"Xalqımız çox gözəl bilir ki, radikal müxalifət xalqa, dövlətə qarşı xainlik edir"

Prezident cənab İlham Əliyev 2020-ci il sentyabr ayından başlayaraq 30 il işğal altında olan Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərinin ordumuz tərəfindən azad edilməsi barədə  hər gün şad xəbərlər verməklə xalqımızı sevindirirdi. O vaxtdan demək olar ki,  hər gün cənab İlham Əliyev Azərbaycan xalqına Zəfərlə dolu günlər yaşadır. Soydaşlarımız öz doğma yurdlarına dönürlər.

Bu ilin oktyabr ayının 15-də ölkə başçımızın Xankəndində Azərbaycan bayrağını ucaltması Azərbaycan dövlətinin güdrətinin nümayişi, Prezident cənab İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin, güclü siyasətçi və diplomat olmasının göstəricisi idi. Xankəndində futbol meydançasında keçirilən yarışı Prezident, Ali Baş Komandan, cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva stadiona gəlmiş minlərlə azərbaycanlılarla bir yerdə izlədi. Futbol matçını izləyənlər arasında uşaqlar, yaşlı insanlar da var idi. Həmin gün Azərbaycanın növbəti şanlı bir tarixi günü oldu. Həmişəki kimi uşaqdan böyədək hər kəs öz Prezidentilə qürur duyduğunu, onunla fəxr etdiyini bir daha nümayiş etdirdi. Prezidentimizin öz xalqı ilə qədim Azərbaycan torpağı olan Xankəndində bir yerdə olması, Ermənistandaki revanşist qüvvələrə və onların havadarlarına bir mesaj idi ki, bu torpaqların əsil sahibləri azərbaycanlılardır. Biz öz torpaqlarımıza qayıtmışıq və əbədi burda yaşayacayıq. Prezidentimizin futbol matçını rəsmi şəxslərlə deyil, şəhid ailələri və onların övladları ilə bir yerdə izləməsi onlara böyük hörmət bəsləməsinin göstəricisi idi. Ölkə başçımız hər zaman şəhidlərimizin xatirəsini uca tutub və gələbəmizi onların sayəsində qazandığımızı vurğulayıb. Uşaqların Mehriban xanıma yaxınlaşan zaman onun bu uşaqları ana qayğısı ilə bağrına basması bir daha Mehriban xanımın xalqının övladlarını öz övladları qədər sevdiyinin şahidi olursan. Bu tarixi günləri, anları xalqımıza bəxş etmək üçün Prezidentimiz 20 il istirahət etmədən gecə - gündüz çalışdı, vuruşdu.

Cənab İlham Əliyev Ermənistanla yanaşı onlara havadarlıq edən böyük dövlətlərə qalib gəldi. Çox təəssüf ki, daxildə dövlətə, xalqa qarşı çıxanlar da var. Həmişəki kimi bu dəfə də radikal müxalifət ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərində ölkədəki siyasi sabitliyi pozmağa can atır və əsasız bəyanatlar səsləndirirlər. Bu onların acizliyinin nümunəsidir. Xalqımız onları çoxdan Azərbaycanın siyasi həyatından silib. Xalqımız çox gözəl bilir ki, radikal müxalifət xalqa, dövlətə qarşı xainlik edir. Xaricdəki Azərbaycana qarşı düşmən qüvvələrindən qrant alaraq onlara xidmət edir. 

Bu gün qürurla deyirik ki, xalqımız Prezidentini, Prezidentimiz də öz xalqını sevir. 

Kamilə Əliyeva 
Milli Məclisin deputatı, professor

Xəbərlər