Siyasət 23 May 2023, 16:35 | Baxış sayı: 92
“Xalqlarımız mövcud iqtidarla öz gələcəklərini qurmağın davam etməsinə səs verirlər”

“Türkiyədə və Azərbaycanda keçirilən siyasi proseslərə xaricdən müdaxilə etmək istəyən qüvvələr olub və olacaq. Çünki dövlətlərimiz müstəqil siyasət yürüdür və öz xalqının milli maraqlarını müdafiə edir. Ona görə də yürütdüyümüz siyasəti bəzi dairələr qəbul etmək istəmir. Dövlətlərimiz üçün əsas məsələ xalqın iradəsi və istəyidir. Xalqlarımız öz dövlətlərinin həyata keçirdiyi siyasəti yüksək dəyərləndirir və mövcud iqtidarla öz gələcəklərini qurmağın davam etməsinə səs verirlər”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Azər Badamov sosial şəbəkələrdə “Türkiyədəki seçkilərin Azərbaycanda geniş müzakirə olunmasına səbəb ölkəmizdə seçki mühitinin olmamasıdır” kimi fikirlərə münasibət bildirərkən deyib.

 

Deputat qeyd edib ki, Türkiyədə keçirilən seçkilərin Azərbaycanda çox müzakirə olunması və nəticənin intizarla gözlənilməsi ürəyimizin Türkiyə ilə bir döyünməsinin göstəricisidir: “Türkiyə müxalifəti olan CHP-nin planları Türkiyəni Azərbaycandan ayırmaq üzərində qurulub. Amma Türkiyə ilə Azərbaycan ayrılmaz bir can, bir ruhdur. Ona görə də bütün Azərbaycan Türkiyə dövlət başçısı Ərdoğanın yenidən seçilməsini istəyir və onu dəstəkləyir. Əgər azərbaycanlıların Türkiyədə səsvermə hüququ olsaydı, hamı bir nəfər kimi Ərdoğanı dəstəkləyəkdi. Türkiyə bütün dünyaya demoktarik seçki olduğunu nümayiş etməklə bir dərs keçdi”.

Xəbərlər