Plenar iclaslar 17 Fevral 2023, 18:19 | Baxış sayı: 222
"Vətəndaşa deyirlər ki, yaşadığın evə bələdiyyənin, dövlət qurumunun 20 il əvvəl verdiyi sənəd saxtadır"

“Vətəndaşlar bələdiyyələrdən torpaq alıb, banklara ödəniş edib, yerli icra hakimiyyətindən icazə alıblar. Bu insanlar 20 il bu evdə yaşayıblar, övladları o evdən əsgər gedib”.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

Rəşad Mahmudov deyib ki, 2020-ci illərdə torpaqların sərhədləri müəyyənləşəndən, elektron xəritələr tərtib olunandan sonra bu torpaqların bələdiyyələrin səlahiyyətinə daxil olmayan ümumi istifadədəki torpaqlar olduğu üzə çıxıb: “İndi insanlar əllərində 20 il əvvəl bələdiyyənin sənədi, banka ödəniş, müvafiq dövlət qurumlarının icazələri ilə evlərinə çıxarış almağa gedir, cavab verilir ki, həmin sənədlər saxtadır. Bu məsələ ilə bağlı mənə 3 nəfər müraciət edib, ona görə məsələni parlamentdə qaldırmağa qərar verdim. Belə məsələlərin həlli də diqqət mərkəzində olmalıdır”.

Xəbərlər