“Vətən müharibəsindən sonra Azərbaycan diktə, İrəvan icra etməyə məhkumdur”
Nə separatçılar, nə Ermənistan kiməsə ümidvar olmalıdırlar. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, heç kim onların əvəzinə gəlib döyüşməyəcək, heç kim onları Azərbaycanın cəza tədbirindən xilas edə bilməz”.
“Erməni xalqı anlamalıdır ki, Qarabağdakı terrorçu rejimlə iç-içə yaşayan Rusiya sülhməramlılarının komandanlığı və erməni lobbisinin əsirinə çevrilən korrupsioner Qərb siyasi dairələri üçün yalnız öz maraqları var, son nəticədə zərər çəkən elə ermənilər özü olacaq. Azərbaycan dövlətinin bu gün aydın xarici siyasət kursu mövcuddur, bir an öncə yekun sülhə nail olub bölgədə sülh və əməkdaşlıq platforması formalaşdırmaq. Bakı müharibə başa çatdıqdan dərhal sonra bu istiqamətdə ciddi səylər göstərir, lakin Azərbaycan dövləti bu səylərinə sadiq olsa da daha uzun illər prosesə güc, zaman və enerji sərf etmək niyyətində deyil.
Biz müharibəyə qədər 27 il, müharibədəki qələbəmizdən sonra isə artıq 3 ilə yaxındır ki, səbirlə dialoq mühitinə sədaqətimizi qoruyuruq. Lakin İrəvan istər 2020-ci ilə qədər, istərsə də sonrakı dövrdə dəfələrlə göstərib ki, Ermənistan dialoqa sadəcə vaxt uzatmaq, yeni işğalçı məqsədlər üçün güc toplamaq üçün vasitə kimi baxır”, - deputat xatırladıb.
B. Məhərrəmov vurğulayıb ki, dialoqun gedişində artıq prosesdən yayınmaq mümkün olmayanda, Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən başqa əlac qalmayanda Ermənistan şərti sərhəd boyu gərginliyə, habelə separatçıların əli ilə sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə də hərbi təxribatlara əl atır: “O cümlədən də Vaşinqton təmasları müddətində. Bu yanaşma çox təhlükəli tendensiyadır, lakin Azərbaycandan çox Ermənistanın özü üçün təhdid əxz edir. Biz sülh arzu edirik, amma onlar istərmirsə, cənab Prezident İlham Əliyevin qeyd də etdiyi kimi, o zaman sülh olmayacaq. Sonrası nə olacaq, İrəvan bunu düşünməlidir”.