Plenar iclaslar, Qanun Layihələri 24 Noyabr 2021, 13:18 | Baxış sayı: 94
“Vəkilin vergi və ödəniş yükü çox ağırdır, ümumilikdə 34 faiz vergi və icbari ödəniş nəzərdə tutulur”.

“Vəkilin vergi və ödəniş yükü çox ağırdır, ümumilikdə 34 faiz vergi və icbari ödəniş nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, eyni zamanda vəkillərin pensiya təminatı ilə bağlı problemlər var: “Əmək pensiyaları haqqında” qanunda prokurorluq, məhkəmə və s. orqanların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı güzəştlər nəzərdə tutulsa da, vəkilliyə münasibətdə nədənsə bu yanaşmanı görmürük. Digər problemi isə dövlət hesabına hüquqi yardım üçün vəkilə ödənilən məbləğlə bağlıdır. Əvvəl bu məbləğ 2 manat idi. Prezident böyük humanistlik göstərərək 22 fevral 2018-ci il tarixli sərəncamı ilə Nazirlər Kabinetinə bu məbləğin artırılmasını tapşırdı, hökumət də həmin ilin mayında bu vəsaiti 3 dəfə artırıb 6 manat çatdırdı. Artırılan məbləğə nəzər yetirsək, faktiki olaraq xərcləri çıxanda dövlət hesabına hüquqi yardım prosesində vəkil nəinki qazanmır, əksinə, bəzən əlavə xərclərin altında qalır. İndiki halda bu məbləğin azı 2 dəfə artırılması, habelə, dövlət hesabına yardımlar üzrə ödənilən vəsaitin vergi və ödənişlərdən azad edilməsi zərurətdir. Heç olmazsa dövlət hesabına yardım üzrə məbləğ vergidən azad olunmalıdır”.

Deputat həmçinin mediasiya ilə bağlı təkliflərini səsləndirib: “Bu təsisat hələ yeni formalaşır, bu mənada ilkin yardım və dəstəyin olması vacibdir. Bir müddət öncə Vəkillər Kollegiyası təsisata müəyyən yardım etdi. Hesab edirəm ki, hökumət yaxın 1, yaxud 2 il ərzində mediasiya strukturlarına yardım edib, təsisatı gücləndirməlidir. Habelə mediatorların güzəştli pensiya təminatı da diqqət yetirilməli vacib məsələlərdəndir”.

Parlamentin sədri Sahibə Qafarova bu məsələyə komitədə baxıla biləcəyini deyib.

Xəbərlər