Siyasət 12 Yanvar 2023, 17:00 | Baxış sayı: 155
“Vardanyanın manipulyasiya etməsi, dünya ictimaiyyətini aldatması çox ciddi şəkildə ifşa olundu”

“Hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatı Viqen Xaçatryan Ermənistan parlamentində separatçı Ruben Vardanyanın guya “Qarabağda 120 min erməni yaşayır, onlar humanitar fəlakət içindədirlər fikirlərini” darmadağın edib. Xaçatryan hakim partiyanın nümayəndəsidir. Bu partiya Baş nazir Nikol Paşinyanın da təmsil olunduğu partiyadır. Deputat birbaşa bildirib ki, Qarabağda cəmi 20 min erməni yaşayır. Söhbət təkcə Xankəndindən deyil, bütün Qarabağdan gedir. Vardanyanın manipulyasiya etməsi, dünya ictimaiyyətini aldatması çox ciddi şəkildə ifşa olundu. Düzdür, əslində Vardanyan bir neçə dəfə çaşıb. Sonuncu müsahibələrinin birində “Qarabağda ət də, çörək də var, heç bir humanitar çətinlik yoxdur” ifadəsini işlətməsi ilə özü öz əleyhinə getmişdi…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, Vardanyanın dünya ictimaiyyətini aldatması artıq bütün Ermənistana və dünyaya aydın olub: “Xaçatryanın səsləndirdiyi rəqəm Vardanyanın uydurmasından üç dəfə aşağıdır. Çox maraqlıdır ki, bu rəqəm cənab Prezident İlham Əliyevin illər öncə dediyi “Ermənistanda cəmi 40-50 min insan var” sözü ilə üst-üstə düşür. Deməli,  məlumatımız dövlət səviyyəsində daha düzgün olub. Artıq bunu Ermənistanın dövlət adamları da dilə gətirirlər. Bu, çox ciddi məsələdir, diqqət etmək lazımdır. Həm dünya, həm də Azərbaycan ictimaiyyətinə bu barədə məlumat veririk ki, həqiqətləri daha yaxşı bilsinlər”.

Xəbərlər