Siyasət 16 Fevral 2023, 18:41 | Baxış sayı: 163
"Vardanyan və Arutunyanın ekofəallardan qorxaraq, alçaldılmış şəkildə maşının hansısa hissəsində gizlənməklə getdikləri haqda məlumatlar var"

"Heç kəsə sirr deyil ki, bu gün Qarabağdakı separatçı rejimin tör-töküntüləri arasında ikihakimiyyətlilik var. Arayik Arutunyan və Ruben Vardanyan arasında ixtilafların olduğu heç kəsə sirr deyil".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli  Məclisin deputatı Elman Nəsirov deyib.

Onun fikrincə, Vardanyan Moskvadan gələnə qədər Arayik Arutunyan özünü tək lider hesab edirdi:

"İndi artıq sözün həqiqi mənasında ikihakimiyyətlilik var. Milyarder Vardanyan artıq Arutunyanı kölgədə qoyub. İstisna deyil ki, perspektivdə əsas niyyəti elə əvvəlcə Arayik Arutunyanın vəzifəsini ələ keçirməkdir. Heç şübhəsiz ki, bu, Vardanyanın uzağa hesablanan planlarının minimum hissəsidir. Maksimum hissə isə gələcəkdə Ermənistanın baş naziri olmaqdır və bunu Paşinyan da hiss edir. Fikir verirsinizsə, Paşinyanın Vardanyana münasibətdə də soyuq davranışı və onu özü üçün potensial rəqib hesab etməsi, potensial təhlükə mənbəyi hesab etməsinin erməni mətbuatında da açıq şəkildə yazırlar. Arayik Arutunyan ilə Vardanyanın, eyni zamanda Paşinyanla Vardanyanın mehriban düşmənlər olduğu fikirlərini söyləyirlər. Qondarma rejiminin bu tör-töküntüləri, "prezidenti" və "dövlət naziri" Moskvada da peyda ola bilirlər. Vardanyan və Arutunyan ekofəallardan qorxaraq, alçaldılmış şəkildə maşının hansısa hissəsində gizlənməklə getdikləri haqda məlumatlar var. Eyni yolla, gedib gəldikləri haqqında məlumatlar yayılıb. Özlərini "prezident" və "dövlət naziri" edənlər bir yumaq kimi yumrulanıb maşının gözdən uzaq hissələrindən müəyyən ərazilərdən keçməyə çalışırlar".
 Bu, onu göstərir ki, bu separatçı rejimin tör-töküntülərinin heç bir perspektivi yoxdur. Vaxtilə ambisiyalı davranış ortaya qoyan,  Laçın yolunu su yoluna çevirən bu hərbi canilər indi miskin vəziyyətdə hansısa cildə girməklə müəyyən ərazidən keçmələrini təmin edirlər. Bununla da ekofəalların fəaliyyəti öz nəticələrini verir. Artıq Qarabağda yaşayan ermənilərin də Vardanyan və Arutunyana etirazı böyüməkdədir. Hesab edirlər ki, nə qədər ki Vardanyan gəlməmişdi müəyyən mənada vəziyyətləri babat idi. Lakin onun gəlişi ilə həyat şəraitləri daha da aşağı düşdü. O, yoxsullar içərisində bir milyarderdir, əzilmişlər içərisində bir milyarderdir. Bütün kasıb əhaliyə düşmən gözüylə baxır, belə insanların heç bir gələcəyi ola bilməz". 

"Azərbaycan işi haqq işidir. Biz Ermənistana 5 baza prinsipi təqdim etmişik. İndi sülh müqaviləsini imzalamaqla bağlı bir neçə təkliflər irəli sürmüşük. Bu təkliflər içərisində heç şübhəsiz ki, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizlik məsələləri öz əksini tapıb" - deyə deputat sonda qeyd edib.
 

Xəbərlər