Siyasət 27 Fevral 2023, 15:53 | Baxış sayı: 192
"Vardanyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilməlidir "

“Erməni milyarder hələ də Xankəndindədir. Və o aranı qarışdırmağa və sülh danışıqlarını pozmağa çalışır. Təəssüf ki, Vardanyanı dəstəkləyən qüvvələr var. Xüsusən də Köçəryan-Sarkisyan cütlüyü açıq şəkildə milyarderi təxribatlara təşviq edir. Bu da bütün hallarda sülh danışıqlarına maneə yaradır”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Millət vəkili Asim Mollazadə deyib.

O, bildirdi ki, Vardanyanın vəzifədən qovulması onu göstərir ki, həm Ermənistan höküməti, həm də Qarabağdakı ermənilər Azərbaycanla sülhün bərqərar olmasını istəyir. Amma o asanlıqla Qarabağı tərk etmək fikrində deyil:

“Ona görə də düşünürəm ki, Respublika Prokurorluğu Vardanyan barədə cinayət işi açıb, onu Beynəlxalq axtarışa verməlidir. Nəzərə alaq ki, onun Aİ-yə sığınması qeyri-mümükündür. Rusiyaya qayıtması inandırıcı deyil. O çalışacaq ki, maksimum müddətdə Xankəndində gizlənsin”. 

Millət vəkili “məncə Vardanyanın hərbi cinayətlərə təşviq və milli zəmində nifrətə çağırışa görə cinayət işi açılmalı və həbsinə çalışılmalıdır”, - deyə fikirlərini tamamlayıb.

Xəbərlər