"Vahid Əhmədov antimilli şuranın dəyirmanına su tökür"
Milli Məclisin qocaman üzvlərindən biri olan deputat Vahid Əhmədovun təxribatçı fəaliyyəti ilə məşğul olan bloggerə verdiyi müsahibə və səsləndirdiyi fikirlər məni çox təəccübləndirdi. Hesab edirəm ki, fikirlərin müəllifi olan Vahid Əhmədov nəyəsə çaşıb , ya da bloggerin təxribatçı sualları qarşısında özünü itirib. Vahid Əhmədov kifayət qədər təcrübəli şəxsdir və nə dediyinin fərqindədir.
Bu sözləri “Yeni Gundem”-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, Vahid Əhmədovun səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin, onun ali rəhbərliyinin , xüsusi ilə son 20 ildə əldə olunan uğurlara kölgə salmaqdan başqa bir şey deyil.
“Cənab Prezidentin məqsədlərindən biridə əhalinin sosial rifahının yaxşılaşdırılması dayanır. Cənab prezidentin tapşırığı ilə büdcədə ən böyük paya sosial istiqamət malikdir. Bu reallıq fonunda deputat Əhmədov Azərbaycanın sosial siyasətini kəskin tənqid edir. Əsassız iddialar ortaya qoyur. Azərbaycan vətəndaşının dövlətə qarşı rəğbətinin mənfi formalaşmasına xidmət edir”.
E.Nəsirov vurğulayıb ki, “Günü sabahı Azərbaycanda seçkilər keçiriləsə YAP, AXCP və Müsavatın səs sayından” bəhs edən deputat bilmir ki, Azərbaycan Xalq Cəbhəsi partiyası antimilli şuranın üzvüdür. Onun heç bir sosial bazası yoxdur. Ən mürəkkəb çağlarda dövlətin və dövlətçiliyin yanında dayanmağı istəməyib.
“Vətən müharibəsində bütün siyasi partiyalar birləşdi. Bəs AXCP hardadı idi o vaxt? Həmin partiya prossesə qoşulmadı. Bununda bir səbəbi var. AXCP üçün tarixi qələbə lazım deyildi. Mən başa düşə bilmirəm, öz xalqına qarşı bu cür siyasət aparan bir partiyanı xalq necə müdafiə edə bilər?. Vahid Əhmədov niyə belə hesab edir? Kökündən yanlışdır. Antimilli şuranın dəyirmanına su tökməkdən başqa bir şey deyil. Vahid Əhmədov çıxışında yenə də səhvə yol verdi. O qeyd edir ki, Azərbaycanın coğrafi mövqeyi elədir ki, bura da çoxlu gözlər baxır. Həmin gözlərin içərisində dost Rusiyanın, qardaş Türkiyənin adını çəkir. Bu nə məntiqdir? Türkiyə və onun rəhbərliyi , şəxsən cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqının yanında oldu. Vahid Əhmədov bununla nə demək istəyir? O , Türkiyə müxalifətini tərifləyir”,- deyə o qeyd edib.