KOMİTƏ İCLASLARI 29 Mart 2023, 12:33 | Baxış sayı: 196
"Uşaqlara verilən siropun istifadə qaydası fərqli yazılıb"

“Uşaqlar üçün istifadə olunan “Brocsevin Kids” siropunun üzərində və içlik vərəqəsində istifadə qaydası fərqli yazılıb. Bu da həkimlər və pasiyentlərin narahatlığına səbəb olur”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva martın 29-da Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, dərman vasitəsinin üzərində istifadə qaydasında ölçü miqdarı başqa, içlik vərəqində isə tamamilə başqa qeyd olunub: “Bu, çox ciddi problemdir və qısa müddətdə həlli vacibdir”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə Kamilə Əliyevanın səsləndirdiyi məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edilməli olduğuna diqqət çəkib: “Dərman vasitələrinin üzərində və içlik vərəqəsində mütləq şəkildə eyni doza qeyd olunmalıdır. Çünki dərman vasitəsi müəyyən dozada müalicəedici təsirə malikdir. Fərqli dozada isə zəhərdir. İnsanları zəhərləyə və nəticədə həyatlarını itirə bilərlər”.

Xəbərlər