"Universitetdən kənarlaşdırılmağımdan xəbərim yoxdur".
Cəmiyyət
26 Avqust 2022, 12:35 | Baxış sayı:
279
Milli Məclisin deputatı, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova Bakı Dövlət Universitetindən uzaqlaşdırılmasından xəbərsiz olduğunu bildirib: Ümumiyyətlə, mənim bu məsələdən heç xəbərim yoxdur. Ona görə də bu barədə nəsə deyə bilmərəm”.
Qeyd edək ki, Hicran Hüseynova BDU-da “Müasir mərhələdə inteqrasiya prosesləri” və “Beynəlxalq münasibətlərdə lobbizm” fənlərindən dəsr deyirdi. O, 2006-cı ildən bəri universitetin “Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri” vəzifəsində çalışıb. O, rektor Elçin Babayevin universitetdən xaric etdiyi bir qrup müəllim arasında yer alıb.
Qeyd: