Siyasət 16 İyun 2023, 17:03 | Baxış sayı: 157
"Təxribatların hədəfi mümkün sülh sazişidir"

“Postmüharibə dövrünün müxtəlif mərhələlərində ermənilər aktiv və passiv şəkildə, amma sistemli və ardıcıl olaraq daima təxribatlar törədiblər”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanın Laçın dövlət sərhədindəki buraxılış məntəqəsinə qarşı hərbi təxribatlaarı şərh edərkən dedi.

“Bu, əslində sərhəddə törədilən təxribatdan daha çox regionda mümkün sülhə qarşı törədilən təxribat kimi qiymətləndirilməlidir. Çünki bu təxribatlar təkcə Qafandan Zəngilan istiqamətinə yönələn təxribat deyil, həm də paralel olaraq Naxçıvanda ,Kəlbəcər,Tovuz və hətta sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdən belə ordumuza qarşı törədilən təxribatlardır. Bu onu göstərir ki, təxribatların hədəfi mümkün sülh sazişidir”.

Deputat bildirdi ki, bu təxribatlar təkcə Ermənistanın iradəsi ilə baş tutan təxribatlar deyil.

“Biz bilirik ki, regionda Azərbaycan və Ermənistan arasında sülhün olmasını istəməyən xarici qüvvələr var. Bu təxribatların törədilməsində birbaşa və ya dolayısı ilə onların əlləri, maraqları var. Ona görə də, Azərbaycanın mövqeyindən baxdıqda məsələ çox aydın görünür. Törədilən hər bir təxribatın cavabı layiqincə verilir və hər təxribatdan sonra ermənilər öz mövqelərini bir qədər itirməli olur, yaxud mövqelərinə geri çəkilməli olurlar. Buna görə də, Azərbaycanın qətiyyətli mövqeyi təqdir olunmalıdır, çünki sülhə xidmət edir, zəmin yaradır. Düşünürəm ki, yalnız bu təxribatlara son qoyulduğu təqdirdə sülh mümkündür. Azərbaycan və Ermənistan arasındakı sülhü pozmağı özlərinə hədəf müəyyənləşdirənlər bilməlidilər ki, bunun heç bir prespektivi yoxdur, çünki hər bir addımdan sonra Azərbaycanın mövqeyi daha da güclənir”,-deyə H.Babaoğlu fikrini yekunlaşdırdı.

Xəbərlər