Siyasət 25 İyul 2023, 13:51 | Baxış sayı: 185
“Təəssüf ki, FETÖ-nün tör-töküntüləri hələ də qalmaqdadır, onlar da layiqli cavablarını alacaqlar”

“Azərbaycanda xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları tərəfindən terrorizmə qarşı həmişə dövlət səviyyəsində ciddi mübarizə aparılıb. Terrorizmlə mübarizə dövlət siyasətinin bir qoludur. Günümüzdə də bu uğurla davam edir. Bunun üçün bizim kifayət qədər hüquqi bazamız var. Əgər kimlərsə terror aktının törədilməsində şübhəli bilinirsə, layiqli cəzalarını alacaqlar”.

Bu fikirləri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Ziyafət Əsgərov bildirib. 

Komitə sədri qeyd edib ki, Azərbaycan dövləti ölkədə, eləcə də dünyada terrorizmə qarşı mübarizəsini davam etdirəcək:

“FETÖ problemi Türkiyənin problemidir, qardaş ölkənin problemi də bizim məsələmizdir. FETÖ terrorçu təşkilatdır, ona qarşı mübarizə aparılır, Azərbaycan da bu mübarizəni davam etdirəcək. 

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd etdilər. Bunun da qarşısı Türkiyə dövləti tərəfindən alındı. Təəssüf ki, FETÖ-nün tör-töküntüləri hələ də qalmaqdadır, onlar da layiqli cavablarını alacaqlar”. 

demokrat.az

Xəbərlər