"İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir"
Plenar iclaslar
4 Aprel 2023, 12:45 | Baxış sayı:
245
"İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir".
"Report" xəbər verir ki, bunu Milli Məclisin aprelin 4-də keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O söyləyib ki, mərhum akademik Ziya Bünyadovun qətlinin sifarişi İrandan gəlmişdi.
Z.Əsgərov qeyd edib ki, Ermənistanla əməkdaşlıq edən İranın Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktının arxasında durması təsadüfi deyil: "Azərbaycana qarşı tələ quranlar özləri bu tələyə düşəcəklər”.