Plenar iclaslar 30 Sentyabr 2021, 12:57 | Baxış sayı: 231
Təklif edirəm ki, parlamentdə bununla bağlı İşçi Qrup yaradılsın və Dağlıq Qarabağ qeyd-şərti ilə bağlı qoşulduğumuz bütüm beynəlxalq sənədlər dəyişdirilsin”

“Prezident İlham Əliyev qələbədən dərhal sonra - 20 noyabrda Əlaqələndirmə Qərargahı yaradıb. Burada 17 istiqamət üzrə bir çox sahələrin nümayəndələri təmsil olunur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Deputat bildirib ki, “Böyük Qayıdış”a dair parlamentin də üzərinə böyük yük düşür: “Bizim qanunvericilik aktlarında “Dağlıq Qarabağ”la bağlı qeyd olan onlarla sənəd var. Təklif edirəm ki, parlamentdə bununla bağlı İşçi Qrup yaradılsın və Dağlıq Qarabağ qeyd-şərti ilə bağlı qoşulduğumuz bütüm beynəlxalq sənədlər dəyişdirilsin”.

Xəbərlər