İctimai Dinləmə 21 Dekabr 2023, 16:55 | Baxış sayı: 205
"Tibbi tullantıların emal məsələsi həllini tapmayıb"

Bu gün tibbi tullantıların toplanması, çeşidlənməsi, nəqli və məhv edilməsi sahəsində problem var.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “Tibbi tullantıların idarə olunması” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bu gün cəmiyyəti ən çox narahat edən problem tullantı məsələsidir: “Tullantılar günbəgün artır. Həmçinin tullantıların emal məsələsi də hələ öz həllini tapmayıb”.

Ə.Əmiraslanov söyləyib ki, Bakıda bu sahədə bir sıra işlər görülsə də, bölgələrdə hələ də problem qalıb: “Ümumiyyətlə xəstə ilə təmasda olan hər bir əşya və ləvazimat tibbi tullantı adlanır. Tibbi tullantılar epdemioloji nöqteyi-nəzərdən böyük təhlükəlidir. Çox sayda tullantının atılması milyardlarla patogen bakteriya və virusun mənbəyidir. Xəstəliklər düzgün idarə olunmasa bunun yayılmasına şərait yaratmış olar. Tullantılar arasında tibbi tullantılar xüsusi yer tutur. Digərləri ilə müqayisədə bunun təhlükəli və mənfi təsirləri çoxdur”.

report.az

Xəbərlər