"Ana və uşaqların ölümünə səbəb olan xəstəliklər icbari sığortadan kənardadır"
İctimai Dinləmə
29 Noyabr 2023, 17:18 | Baxış sayı:
202
İcbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır. Ancaq bu gün ana və uşaqların ölümünə səbəb olan xəstəliklər icbari sığortadan kənardadır"
bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bu gün nə qədər ana döş xərçənginə tutulur, nə qədər uşaq leykozdan əziyyət çəkir:
"Onkoloji dərmanların nə qədər bahalı olduğunu yaxşı bilirsiniz. Bu istiqamətdə danışıqlar aparılıb. Amma yaxşı olardı ki, proses sürətləndirilsin".
report.az