Plenar iclaslar 31 May 2023, 13:31 | Baxış sayı: 171
"Tibb müəssisələrində əlilliklə bağlı sənədlərin yarımçıq doldurulması problemlər yaradır"

"Əlilliyin qiymətləndirilməsi ilə bağlı çox müzakirələr gedir. Seçicilərimizdən də daha çox bu istiqamətdə müraciətlər daxil olur".

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.

O bildirib ki, tibb müəssisələrində əlilliklə bağlı sənədlərin yarımçıq doldurulması nəticəsində problemlər ortaya çıxır: "Bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə danışmışam. Onlar bildirirlər ki, xəstəxanalardan daxil olan məlumatlar əsasında Nazirlər Kabinetinin müvafiq sənədlərinə əsasən qərar verirlər. Bu səbəbdən tibb müəssisələrində bu məsələyə diqqət yetirilməsini istəyirəm".

Xəbərlər