Ümumi, Cəmiyyət 8 Sentyabr 2021, 12:58 | Baxış sayı: 277
TƏBİB rəhbərliyi parlamentə dəvət olunacaq

Bunu “Report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək:

“TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.

Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payız sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.

Xəbərlər