Plenar iclaslar 16 İyun 2023, 15:46 | Baxış sayı: 93
“Taksiləri nazirlər və məmurlar tıxaca düşdüyündən yığışdırırlar”

Avtobusların sayı artırılmadan tıxacların qarşısını almaq mümkün olmayacaq.

Ölkə.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün taksiləri nazirlər və məmurlar yollarda tıxaca düşdüyündən yığışdırırlar:

“Onlar tıxacda qalmaması üçün taksiləri yığışdırmağa çalışırlar. Amma bilməlidirlər ki. Nə qədər avtobusların sayı artırılmayıb və keyfiyyətli ictimai nəqliyyat təşkil edilməyib, tıxacları aradan qaldırmaq mümkün olmayacaq”, - deputat Həsənquliyev deyib.

Xəbərlər