Cəmiyyət, Siyasət 1 İyul 2021, 15:23 | Baxış sayı: 327
Tahir Kərimli Ramil Həsənin qapalı məkanda maska taxmadığına görə cərimələnməsinə münasibət bildirdi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli həmkarı Ramil Həsənin qapalı məkanda maska taxmadığına cərimələnməsi ilə bağlı danışarkən bunları deyib:

““Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanun deputatların inzibati qaydada məsuliyyətə cəlb edilməsini qadağan edir. İstər kommunal məsələlərdə, istər yol hərəkəti qaydalarının pozulmasına görə və ya pandemiya ilə tətbiq edilən qaydalarla bağlı deputatlar məsuliyyətə cəlb edilə bilməz. Bəzən eşidirik ki, deputatların evinə gəlib kommunalla bağlı cərimələr yazırlar, məhkəməyə verirlər və s. Biz deputatın məsuliyyətə cəlb olunması üçün "Deputat etikası haqqında" Qanun qəbul etmişik. Yəni millət vəkilləri ilə bağlı hansısa inzibati cəza tədbirinə ehtiyac duyulanda parlament sədrinə müraciət edilməli, sədr də İntizam Komissiyasında məsələyə aydınlıq gətirməlidir. Sual yaranır ki, bəs belə olan halda, deputatlar hər istədiklərini edib məsuliyyətdən kənar qalmalıdırlar?! Əlbəttə ki, xeyr. Sadəcə, deputat ali hakimiyyətin nümayəndəsi olduğuna görə onun üçün xüsusi qaydalar müəyyən edilib. İstər Ramil Həsən olsun, istər başqa deputatlar - heç biri qanuna müvafiq olaraq, inzibati qaydada cərimələnə bilməzlər. Şəxsi fikrimə gəlincə isə, deputatın toxunulmazlıq hüququnun olmasının tərəfdarı deyiləm. Gəlin, qanunu dəyişək, beləliklə deputatın hansısa üstünlüyü, imtiyazı olmasın. Belə olan halda, deputatlar da inzibati qaydada məsuliyyətə cəlb edilsinlər".

Xəbərlər