Plenar iclaslar 13 İyun 2023, 13:53 | Baxış sayı: 88
"Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılsa, yaxşı olar"

“Ölkəmizdə uzun illərdən bəri övlad sahibi olmaq istəyən, amma buna maddi imkanı çatmayan vətəndaşlarımız var. Onlar “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilmədiyinə görə övlad sahibi ola bilmədiklərini bildirirlər”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, qanunun predmeti tamam başqa məsələlərdir: “Uşaq sahibi olmaq isə fərdlərin sağlamlığı ilə bağlıdır və bu dövlət nəzarətində olsa yaxşı olar. Hökumət üzvlərinin də burada olmasından istifadə edərək bu təklifimi vermək istəyirəm. Əminəm ki, süni mayalanma ilə əlaqədar azı ildə 200-250 nəfər üçün ayrılacaq məbləğ elə də çox deyil. Bu, Prezident İlham Əliyevin səhiyyə sahəsində ortaya qoyduğu xüsusi dəsti-xəttə də uyğun olar. Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılsa, yaxşı olar”.

Xəbərlər